• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 ... 21 22 23 24 25 26 27 28 ... 36 »
Neo Company
2006 -cı ildə Azərbaycanın rabitə bazarında 17 ildən çox təcrübəsi olan bir komanda tərəfindən qurulan Neo şirkəti; Strukturlaşdırılmış kabel sistemləri, fiber optik sistemlər, lokal və geniş sahə şəbəkələri, raf kabinləri, telekommunikasiya sistemləri paylanması üçün lazım olan məhsulları satır.
NEQSOL HOLDING
Şirkətlər qrupu əvvəlcə inkişafını 1990-cı illərin əvvəllərində neft və qaz sənayesində qurulan müxtəlif müəssisələrdən başlamışdır. Bu işgüzar fəaliyyətlər nəticəsində yığılan kapital yenidən investisiya qoyulmuşdur ki, bu da neft-qaz sənayesində sürətli böyümə və genişlənmə ilə nəticələnmişdir.
Tamamlanmış layihələr: « NEQSOL HOLDING » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Ness Co

NESS Con və Mahru Norton adlı həyat yoldaşlarının tərəfdaşlığı ilə yaradılan bir şirkətdir. Həm Con, həm də Mahru Norton uzun illər aparıcı İşə düzəltmə və İnsan Qaynaqları, Keyfiyyətə Zəmanət Şirkətində yüksək vəzifələrdə çalışıb. Belə ki, 10 ildən artıq Con Baş Menecer, Mahru isə Əməliyyatlar üzrə Menecer vəzifəsində çalışıb.

Net

Net MMC, 2018-ci ildə müştərisinə ən keyfiyyətli məhsulu ən uyğun qiymətə təqdim etmək məqsədilə yola çıxdı.
İşçilərinin və ən önəmlisi də müştərilərinində dəstəyini alaraq Azərbaycanın hər yerində olmaq, hər zaman böyüyərək inkişaf etmək və hər keçən gün daha çox sayda müştəriyə xidmət göstərmək hədəfimizdir.
Gərəksiz xərclərin müştəridən alınacağını bilirik və reklam, mağaza dekorasiyası kimi mövzularda ən sadə olmağı tərcih edirik. Bir məhsulu satilabiləcəyi ən uyğun qiymətlə müştərimizə təqdim edirik.
Net ailəsinin gücü və motivasiyası güvənə dayanır. Müştərilərimizin güvən çərçivəsində, ehtiyaclarını qarşılaya biləcəyi bir alışveriş ortamı yaradıb, endirim market anlayışı ilə mağazalarımızda yüksək səviyyəli xidmət təqdim edirik.

NetFrame
Netframe şirkətinin səriştəsinə sizin kommunikasiya həllərinin layihələndirilməsi (planlaşdırma və dizayn) quraşdırılması (quraşdırılması və işə salınması) və istismarı (istismar və texniki xidmət) daxildir. Netframe şirkətinin avadanlıqların aparıcı təchizatçıları ilə gözəl münasibətləri var, bu da sizin layihələrin həlli üçün bizə böyük çeviklik və operativlik verir.
Tamamlanmış layihələr: « NetFrame » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
NewCond

   NEWCOND şirkəti öz fəaliyyətinə 1995 –ci ildən, Nizami küç. 121 ünvanında yerləşən kiçik bir mağazada Aftron və National kondisionerlərinin satışından başlamışdır.

   Azərbaycanda həmin dövrdə split kondisionerlərin satışı ilə cəmi bir neçə şirkət məşğul olurdu və getdikcə bu kondisionerlərə tələbat artırdı. 1997 –ci ildən NEWCOND şirkəti Yaponiyanın məşhur brendi olan Mitsubishi Electric kondisionerlərinin satışına başladı və müştərilərin etimadını qazanaraq Azərbaycanın kondisioner bazarında öz yerini tutdu. Təsadüfi deyil ki, 15 ildən çox müddətin keçməsinə baxmayaraq , 1997-ci ildə satılan Mitsubishi Electric kondisionerləri bugünədək müştərilərin istifadəsindədir. Buna səbəb Mitsubishi Electric kondisionerlərinin keyfiyyəti və NEWCOND şirkətinin yüksək səviyyədə servis xidmətidir.

Nihat Clinic

2011-ci ildən fəaliyyətə başlayan Nihat klinikası, cəmiyyətimizin sağlamlığının keşiyindədir.
Əsas məqsədimiz cəmiyyətimizin sağlam fərdlərdən ibarət olmasına öz töhfəmizi verməkdən ibarətdir.
Klinikamız müasir avadanlıqlarla təchiz olunmuş qabaqcıl tibb müəsisəsidir. Klinikamız yüksək peşəkarlıq nümayiş etdirən həkimlərə,
dünya standartlarına uyğun tibbi texnika və avadanlıqlara sahibdir.

Biz daima özünü inkişaf etdirən personal olaraq xalqımızın sağlam olması üçün əlimizdən gələni edirik.
Biz pasiyentlərimizə gecə-gündüz, peşəkarcasına və yüksək keyfiyyətli xidmət göstəririk.
Sağlamlığınızda qüsur varsa və ya sağlamlığınızın qeydinə qalmaq üçün müayinədən keçmək istəyirsinizsə
Nihat klinikası peşəkar həkimləri, keyfiyyətli və ucuz xidməti ilə yolunuzu gözləyir.

Tamamlanmış layihələr: « Nihat » klinikasında əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
Nike Azerbaijan
Nike şirkəti "Blue Ribbon Sports" adı ilə 25 yanvar 1964-ci ildə təsis edilib və 30 may 1978-ci ildən rəsmi olaraq Nike, Inc adını daşımağa başlamışdır. Nike öz məhsullarını öz ticarət markası altında, həmçinin Nike Golf, Nike Pro, Nike +, Air Jordan, Skateboarding brendləri altında satır. Geyim və avadanlıq istehsalına əlavə olaraq şirkət Niketown adlı pərakəndə mağazalar şəbəkəsini idarə edir. Nike bütün dünya üzrə bir çox idmançı və idman komandalarının sponsorudur.
Nimex
Nimex şirkəti artıq 10 ildir ki Azərbaycan Respublikasının tikinti sektorunda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət ABŞ-ın və Avropanın ən aparıcı, yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, qabaqcıl texnologiya və innovasiyalara malik olan, tikinti materiallarını istehsal edən şirkətlərlə sıx əlaqələr yaratmış və bir çoxunun Respublikamızın ərazisində rəsmi distributoru və ya rəsmi dilleridir.
Noble
Nobel şirkətinin tarixi 1996-cı ildə italyan istehsalı olan multibrend lyuks geyimlər mağazasından başlayır. Multibrend mağazalarından monobrend butiklərinə qədər inkişaf yolu keçən Noble şirkəti bu gün bir neçə italyan fashion-markalarının rəsmi nümayəndəsi kimi çıxış edir və Azərbaycan bazarında aparıcı mövqe tutur.
Tamamlanmış layihələr: « Noble » şirkətinin dükanlar şəbəkəsində mobil anbar uçotunun avtomatlaşdırılması, « Noble » şirkətinin dükanlar şəbəkəsində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
« 1 ... 21 22 23 24 25 26 27 28 ... 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024