• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » NewCond

NewCond

   NEWCOND şirkəti öz fəaliyyətinə 1995 –ci ildən, Nizami küç. 121 ünvanında yerləşən kiçik bir mağazada Aftron və National kondisionerlərinin satışından başlamışdır.

   Azərbaycanda həmin dövrdə split kondisionerlərin satışı ilə cəmi bir neçə şirkət məşğul olurdu və getdikcə bu kondisionerlərə tələbat artırdı. 1997 –ci ildən NEWCOND şirkəti Yaponiyanın məşhur brendi olan Mitsubishi Electric kondisionerlərinin satışına başladı və müştərilərin etimadını qazanaraq Azərbaycanın kondisioner bazarında öz yerini tutdu. Təsadüfi deyil ki, 15 ildən çox müddətin keçməsinə baxmayaraq , 1997-ci ildə satılan Mitsubishi Electric kondisionerləri bugünədək müştərilərin istifadəsindədir. Buna səbəb Mitsubishi Electric kondisionerlərinin keyfiyyəti və NEWCOND şirkətinin yüksək səviyyədə servis xidmətidir.

   Sənaye kondisionerlərinə, isitmə və havalandırma sistemlərinə olan geniş tələbatı nəzərə alaraq NEWCOND şirkətinin Rəşid Behbudov 144D ünvanında yeni salonu fəaliyyətə başladı. Şirkət müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir. Bu salonlarda çalışan yüksək ixtisaslı əməkdaşlar uzun müddətdir ki, məişət kondisionerləri ilə yanaşı yarımsənaye, VRF və havalandırma sistemlərinə də xidmət göstərirlər.

   Hal-hazırda NEWCOND şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir. Şirkət dünyanın tanınmış brendləri olan “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” kimi şirkətlərlə əməkdaşlıq edir. “Mitsubishi Electric Europe B.V.” şirkətinin distribyutoru kimi “Changes for the Better” (yaxşılığa doğru dəyişikliklər) bizim də devizimizdir.

  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024