• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 ... 15 16 17 18 19 20 21 22 ... 36 »
Gulf Group
Şirkətimiz qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq Azərbaycan məkanında öz yerini tuta bilib. Biz "QALF Şirkətlər Qrupu" olaraq əlverişli iqtisadi mühitin, eyni zamanda sahibkarlığın inkişafının bir parçası olmaqdan qürur duyuruq. Məqsədimiz gündən-günə çiçəklənən və inkişaf edən doğma Azərbaycanımızda sahibkarlığın inkişafına öz payımızı vermək və bu inkişafdan kənar qalmamaqdır. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən "Qalf" şirkətlərini vahid, mərkəzləşdirilmiş bir quruma çevirmək və onun inkişafını daha da sürətləndirmək, onları "Qalf Şirkətlər Qrupu" formasında birləşdirmək şirkət üçün ən zəruri məsələlərdən biri olduğu üçün biz bu addımı həyata keçirdik. Hal-hazırda Şirkətlər qrupuna 5 şirkət daxildir.Bunlar "Qalf Servis", "Qalf Akses", "Qalf konstrakşn", "Qalf Audit" və "Qalf SS" şirkətləridir.
Hayat Clinic

HAYAT CLINIC tibb mərkəzi əhaliyə yüksək keyfiyyətli tibbi xidmət təqdim edir. Yüksək ixtisaslı mütəxəssislər, son nəsil tibbi avadanlıqlar, müasir informasiya texnologiyaları bizə keyfiyyətli tibbi xidmətlərin yeni formatda göstərilməsinə şərait yaradır. HAYAT CLINIC tibb mərkəzinin əsas üstünlüyü xəstəliklərin beynəlxalq protokollara əsaslanan dəqiq diaqnostikasını aparması və bunu Türkiyənin Lider Səhiyyə Qrupu olan ACIBADEM ilə sıx əməkdaşlıqla həyata keçirməsidir.

Tamamlanmış layihələr: « Hayat Clinic » klinikasında idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
HB Co.

HB Co LTD Azərbaycan Respublikasının tibb sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdən biridir. Şirkətin fəaliyyəti tibbin müxtəlif sahələrini əhatə edir: dərman preparatları, qida əlavələri və tibbi gigiyena məhsullarının respublikamıza idxalı və həmin məhsullar üzrə distribütorlug və marketing fəaliyyəti, tibbi ləvazimatların idxalı, topdan və pərakəndə satışı, səhiyyə xidməti üzrə şirkətin nəzdində yaradılmış“HB-klinik”də geniş profilli ambulator və stasionar tibb xidməti həyata kecirilir.

Tamamlanmış layihələr: « HB Co » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması, « HB Co » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
HB Guven Clinic
"HB Güven" klinikası fəaliyyətə başlamasından bu günə qədər pasiyentlərə yüksək səviyyəli və beynəlxalq standartlara uyğun tibbi xidmət göstərərək, xoş, gülərüz münasibət, diqqət və qayğı ilə yanaşaraq, onların məmnunluğunu birinci tutmuşdur. Klinika fəaliyyət sahələrini genişləndirməklə, təbabət sahəsindəki yenilik və irəliləyişləri, yeni texnologiya və aparatları tətbiq etməklə daima yenilik axtarışındadır.
Tamamlanmış layihələr: « HB Güven » klinikasında əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması, « HB Güven » klinikasında iş vaxtı uçotunun avtomatlaşdırılması
Herba Flora
"Herba Flora" şirkəti 1998-ci ilin may ayının 25-də fəaliyyətə başlayıb. İlk vaxtlarda müalicəvi bitkilərin istehsalı ilə işə başlayan şirkət getdikcə fəaliyyət dairəsini genişləndirərək müxtəlif bitki yığıntılarının və bitki tərkibli çayların istehsalına keçid almışdır. Hazırda "Herba Flora" şirkətində 140-dan çox bitki tərkibli məhsul istehsal olunur.
Tamamlanmış layihələr: « Herba Flora » şirkətində istehsalat uçotunun avtomatlaşdırılması, « Herba Flora » şirkətində iş vaxtı uçotunun avtomatlaşdırılması
Hidro-Lotus
“Hidro-Lotus” MMC Azərbaycanda fəaliyyət göstərən, sahəsində öncül olan beynəlxalq inşaat və mühəndislik və məşvərət şirkətidir.
Tamamlanmış layihələr: « Hidro Lotus » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
Hydroserv Caspian

Hydroserv Caspian Ltd kimi yenidən qeydiyyata alınan Hydrolink Caspian Ltd Dəniz, Ofşor və Onşor, Neft və Qaz sənayelərini əhatə edən Maye Mühəndisliyi Xidmətinin Təminatı sahəsində mütəxəssis kimi 1998-ci ildə Azərbaycan, Bakıda təsis olunmuşdur. Əsas fəaliyyətlərinə aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşmır: Hidravlik yardım xidmətləri və təcrübə, Filtrasiya texnologiyası və təcrübə, Yüksək və çox yüksək təzyiqlə nasoslama texnologiyası və təcrübəsi Bizim məqsədlərimiz: Bütün Mərkəzi Asiya və Qafqaz regionunda istehsal, satış və texniki xidmət vasitələri şəbəkəsini yaratmaq.

Tamamlanmış layihələr: « Hydroserv Caspian » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
IDC 2000
IDC MMC Azərbaycanın aparıcı distribusiya şirkətlərindən biridir. IDC MMC fəaliyyət göstərməyə 2000-ci ilin avqustunda başlamış və transmilli şirkət Unilever ilə əməkdaşlıq şirkətin  fəaliyyətinin başlanğıc nöqtəsi olmuşdur. Hazırda IDC MMC dünya şöhrətli Unilever, Vestel, Evyap və s. aparıcı şikətlərlərin geniş çeşidli məhsullarının idxalını və Azərbaycan Respublikası ərazisində satışını təşkil edir.
Tamamlanmış layihələr: « IDC 2000 » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
İki Ulduz
"İki Ulduz" firmasının tarixi öz başlanğıcını 2002-ci ildən götürür. O zaman Bakıda az məhsuldarlığı olan kiçik marqarin sexi yaradılıb. Şirkət ildən-ilə genişləndi, firmanın əməkdaşlarının sayı çoxaldı, təqdim olunan malların və xidmətlərin spektri genişləndi.
IMA Energy
“IMA Energy MMC” Elektrik və keyfiyyətli malların təchizatı üzrə aparıcı podratçı şirkət kimi Azərbaycanda və Cənubi Qafqazda fəaliyyət göstərir.
Tamamlanmış layihələr: « İMA Energy » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
« 1 ... 15 16 17 18 19 20 21 22 ... 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024