• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » Herba Flora

Herba Flora

Tamamlanmış layihələr: « Herba Flora » şirkətində istehsalat uçotunun avtomatlaşdırılması, « Herba Flora » şirkətində iş vaxtı uçotunun avtomatlaşdırılması

"Herba Flora" şirkəti 1998-ci ilin may ayının 25-də fəaliyyətə başlayıb. İlk vaxtlarda müalicəvi bitkilərin istehsalı ilə işə başlayan şirkət getdikcə fəaliyyət dairəsini genişləndirərək müxtəlif bitki yığıntılarının və bitki tərkibli çayların istehsalına keçid almışdır. Hazırda "Herba Flora" şirkətində 140-dan çox bitki tərkibli məhsul istehsal olunur.

Şirkət xammalın əldə olunması və hazır məhsulların satışı sahəsində Ukrayna, Bolqarıstan, Polşa, Gürcüstan, Latviya, Çin, Misir, Hindistan, Albaniya, Makedoniya, İndoneziya və Rusiya kimi dövlətlərlə əməkdaşlıq edir. Bir çox xəstəliyin profilaktika və müalicəsi üçün nəzərdə tutulan məhsullar tam təbii və kimyəvi qatqısızdır. Ürək-damar, sinir, mədə-bağırsaq, tənəffüs, sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində istifadə olunan kombinə olunmuş tərkiblərdən əlavə əhalinin böyük marağını nəzərə alaraq aptek çobanyastığı, itburnu, cökə, boyaqotu, ortosifon və səna kimi bitkilərdən təktərkibli çaylar da istehsal olunur.

Hal-hazırda isə "Herba Flora" şirkəti işini təkcə bitkilərlə məhdudlaşdırmır. Şirkətdə bitkilərdən alınan konsentratlar əsasında müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə oluna biləcək şərbətlər də istehsal olunur.

Meyvə və bitkilərdən ekstraktların alınması analoqu olmayan limonadların istehsalına təkan oldu və limonad tarixində ilk dəfə olaraq kəkotu fitonadı istehsal olundu. Bundan başqa düşes, tərxun, qızılgül, feyxoa, üzüm, limon və itburnu fitonadları da istehsal olunur.

"Herba Flora" şirkətinin nəzdində 2002-ci ildən yaradılan "VİTA poliqrafiya" adlı mətbəə fəaliyyət göstərir. VİTA mətbəəsində "Herba Flora" məhsullarının qablaşdırma və reklam materialları ilə yanaşı, müxtəlif böyük və kiçik şirkətlərin, əczaçılıq firmalarının sifarişi ilə poster, buklet, etiket və qutular çap olunur.

Lakin "Herba Flora"nın fəaliyyəti bununla yekunlaşmır. 2007-ci ilin dekabrında şirkətdə yeni bir şöbə - redaksiya açıldı və elə həmin ayda da "Herba Flora" adlı elmi-kütləvi jurnalın ilk buraxılışı işıq üzü gördü. Aydan-aya təzələnən jurnalımızın artıq çoxlu sayı çapdan çıxıb. Jurnalda təkcə müalicəvi bitkilər, onların cürbəcür xəstəliklərin terapiyasında rolu, müasir təbabətin aktual problemləri, tibbi yeniliklər haqda deyil, həmçinin dünya ölkələri, dünya xalqları, onların həyatı, mədəniyyəti, mətbəxi, xalq təbabətinin tövsiyə etdiyi müxtəlif kosmetik prosedurlar və başqa maraqlı mövzular ətrafında məlumatlar dərc olunur.

Bunlardan əlavə "Herba Flora" şirkətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq tam yeni üslubda Fito Club açıldı. Ailəvi sağlam istirahət üçün əvəzedilməz bir məkan olan Fito Club-da müxtəlif xidmətlərimizdən də yararlana bilərsiniz.

  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024