• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 ... 14 15 16 17 18 19 20 21 ... 36 »
FRYDAY
Fryday şəbəkəsi kiçik addımlar, böyük arzular və həddsiz burger sevgisinin nəticəsidir. Biz burger sevənlərik!
Bizim əsas məqsədimiz Amerikanın ənənəvi burger ləzzətini qoruyaraq, ölkəmizdə hər kəsin bəyənəcəyi burger hazırlamaqdır. Burger mədəniyyətinin düzgün təbliği bizim üçün çox vacibdir.
Tamamlanmış layihələr: « FRYDAY » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Gelinim (RMC)

“Gəlinim” butiki qarşısında Sizi bu cür stressdən qorumaq məqsədini qoyaraq, xəyallarınızın gəlinlik paltarına asanlıqla qovuşmağa Sizə böyük məmnuniyyətlə yardım edir. Bizim diqqətçil heyətimiz Sizin hər bir xatirənizə incəliklə yanaşaraq, təxəyyülünüzün ideal toy mərasimini həyata keçirir.

Tamamlanmış layihələr: « Gelinim » butikində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
Gemiqaya Holding (Badamlı)
Badamlı insan sağlamlığı üçün ən faydalı olan zəngin  mineral tərkibli, milli və beynəlxalq standartlara uyğun olan təbii mineral süfrə suyunu təqdim edir. İstifadə etdiyimiz su Şahbuz rayonunun Badamlı qəsəbəsindən dəniz səviyyəsindən 1274 metr yüksəklikdən çıxan yeraltı sudur. Mineral su dağlardan qida təhlükəsizliyinə sahib polietilen borularla 30 km-lik məsafədən istehsal zavodumuza gəlir. Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Badamlı-da bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə beynəlxalq standartlara cavab verən İSO-22000:2005 və İSO-9001:2008 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır.
Gidrotransproekt

“Gidrotransproekt” E.T.M.

Layihə və istehsalat şirkəti olan “Gidrotransproyekt” ETM. 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradılmışdır. İlk gündən şirkətin əsas vəzifəsi hər körpünün və hər bir layihənin yaradılması üçün fərdi həllər yolu tapmaqdır. Müasir konstruksiyaların və materialların analizı, müasir texnalogiyalar, Alternativ layihələndirmə  və son həllin sifarişçi ilə birlikdə qəbul edilməsi, Konstruksiyaların texnolojiliyi və istismarda etibarlılığı – Şirkət üçün üstünlük təşkil edən məsələlərdir və bu prinsiplərə şirkətin mühəndisləri üstünlük verir.

Kompaniyanın əsas vəzifələri : avtomobil yollarının layihələndirilməsi, körpülərin layihələndirilməsi, mülki və sanaye obyektləri, meliorasiya və su təsərrüfatı obyektləri, hidrotexniki çay və dəniz qurğularının layihələndirilməsi, müəllif nəzarət və texniki nəzarət, tikinti zamanı layihələrin idarə olunması və yüksək kateqoriya mürəkkəblikli nəqliyyat qurğuların tikintisi və yenidənqurulması, məsləhət xidmətləri və tender sənədlərinin hazirlanması.

Gidrotransproekt şirkəti geniş təcrübəyə malikdir və yuxarıda sadalanan sahələrdə yüksək ixtisaslı mütəxəssizlər çalışır və daimi heyətdə müxtəlif sahələrdə ixtisaslaşmış mühəndislər işləyir.

“GIDROTRANSPROYEKT” ETM MMC –də  (əvvəlki Texnomost LİM) fəaliyyəti üzrə 2013-cı ildən  İSO 9001:2008 tələblərinə uyğun Keyfiyyət Menecmet Sistemi tətbiq edilmişdir.

Gilan Deri

"Gilan Dəri" Məhdud Məsulliyyətli Cəmiyyət 26.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 0105-P152-43820.

Glass House
2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan”Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir.
Gloss Beauty
Gloss Beauty & Drybar müasir konsepsiyalı dəri, saç və dırnaqlara professional qulluq üçün xidmət və məhsullar təqdim edir. Bizdə təqdim olunan müxtəlif dünya mütəxəssisləri tərəfindən hazırlanan məhsullar hər yaşa və problemə qarşı həll yollarını təklif edir. Bundan əlavə, professional vizajist və stilistlər görkəminizi mükəmməl etmək üçün həftənin 7 günü çalışır.
Tamamlanmış layihələr: « Gloss Beauty » gözəllik salonunda əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
GNPC - Global Railroad Partners Company
GNPC logistika sahəsində innovativ ideyaları müvəffəqiyyətlə həyata keçirən, yeni nəqliyyat dəhlizləri açan və istənilən növ yükün daşınmasına aid bütün növ xidmətləri göstərən GTCC (Global Transport Corridors Company), UBT International Azerbaijan, GRPC (Global Railroad Partners Company) kimi şirkətlərin təsisçisidir.
Tamamlanmış layihələr: « Global Railroad Partners Company » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Grand Catering

15 iyul 2016-cı ildən etibarən müştərilərimizə ən mükəmməl olanı təqdim edirik.

“Grand Catering” Sənaye iaşə xidməti, korporativ və özəl tədbirlərin təşkili, və həmçinin çamaşırxana təmizlik xidməti sahələrində fəaliyyət göstərir. Bu gün biz Azərbaycanın iaşə bazarında, ən nüfuzlu və sürətlə inkişaf edən şirkətlər sırasındayıq.

Tamamlanmış layihələr: « Grand Catering » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Grand-Agro
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
« 1 ... 14 15 16 17 18 19 20 21 ... 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024