• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 ... 12 13 14 15 16 17 18 19 ... 36 »
Edelweiss Logistics LTD
Edelweıss Logistics şirkəti, enerji və tikinti sahələrində beynəlxalq standartlarla logistika xidmətləri təmin edə biləcək azərbaycan şirkətinin yaradılması məqsədilə 2012-ci ildə təsis olunub. Şirkətin məqsədi Xəzər və Qara dəniz regionlarında neft və qaz sənayesində logistika və onunla bağlı xidmətlərin müqavilələri üzrə böyük azərbaycan kontentinə nail olmaqdır.
EGE Hospital

Həsən Əliyev 38 ünvanında yerləşən və 12 mərtəbəli korpusdan ibarət EGE Hospital vətəndaşlarımıza yüksək keyfiyyət, güvən və davamlılığı bir arada təqdim etmək məqsədilə xidmətinizdədir. Dünya standartlarına uyğun tibbi xidməti ölkəmizdə tətbiq edən EGE Hospital peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibb texnologiyası ilə keyfiyyətli tibbi xidmətə hər tərəfli təminat yaradır.
Düzgün müayinə və müalicə üçün ölkə xaricinə çıxmağa ehtiyac yoxdur. Ege Hospital uzaq yolları yaxın edir!

Tamamlanmış layihələr: « Ege Hospital » klinikasında idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
EKA Support

Biznesinizə yüksək səviyyəli dəstək

Biz fərqli və Azərbaycanda heç eşidilməmiş  bir işi həyata keçirmək üçün bir araya gələn müxtəlif peşələrdən olan peşəkarlar komandasıyıq.
Tamamlanmış layihələr: « EKA Support » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
EL Holding
EL Holdinq, əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətə əsasən turizm və tikinti sektorlarından başlayaraq Holdinq qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. Bu gün Holdinq qida, sənaye istehsalı, yük daşımaları, turizm, tikinti və ticarət kimi sektorlarda uğurla fəaliyyət göstərərək beynəlxalq tərəfdaşları ilə birlikdə uzunmüddətli layihələr həyata keçirir.
Tamamlanmış layihələr: « EL Holding » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
El-Ve-Em
“El-Ve-Em Ltd” şirkəti 1993-cü ildə təsis edilmişdir. Hazırda GLASURİT (Almaniya), STATOİL (Norveç), LOTOS (Polşa), NOVOL (Polşa), LUXE (Rusiya), VERSHİNA (Rusiya), DYO (Türkiyə), DİVİNOL (Almaniya), SİA(İsveçrə), Arko (İran) kimi istehsalçılarının Azərbaycanda yeganə distribüteridir. Şirkət adları çəkilən malları Azərbaycana idxal edir və onların topdan ticarətini həyata keçirir. Şirkətin 300 kvadrat metrdən çox ofis sahəsi, 2000 kvadrat metrdən çox anbar sahəsi, malların müştərilərə daşınması üçün nəqliyyat vasitələri, Bakı və Sumqayıt avtomobil bazarlarında ticarət nöqtələri mövcuddur.  Şirkətin bir çox korporativ müştərilərlə müqavilələri mövcuddur.
Tamamlanmış layihələr: « El-Ve-Em » şirkətində mobil anbar uçotunun avtomatlaşdırılması, « El-Ve-Em » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması, « El-Ve-Em » şirkətində mobil ticarətin avtomatlaşdırılması
Embawood

1996- cı ildə fəliyyətə başlayan İlk yerli mebel brendi olan Embawood müştəri yönümlü strategiyasını özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işləri görməyə davam edir. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemini yeniləyərək, xidmət səviyyəsini daha yüksək pilləyə qaldırmışdır. Şirkət qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir.

Emerald Hotel
Günəş işığında zümrüd kimi, gecələr isə daha cazibədar əlvan alovlarla parlayan 4 ulduzlu “EMERALD” otel ucalır – Elit istirahətin zümrüd dəbdəbəsi olan, “EMERALD” otel  dunya arena idman kompleksi olan “Olimpiya stadionu”na ve “Bədii gimnastika” arenasina yaxin yerləşir. “EMERALD” otel  idman ve mədəni tədbirlər, işgüzar görüşler ve ailəvi bayramlar üçün mükəmməl yerdir. Otelin yerləşdiyi yer H.Əliyev adına beynəlxalq hava limanına yaxınlığı baxımından çox rahatdır, hansı ki, eyni zamanda şəhərin istənilən nöqtəsinə cəmi 10 deqiqəlik mesafesi var.
Energoservice
1996-cı ildən fəaliyyət göstərən və yüksək iş təcrübəsinə malik olan “Energoservis” MMC Belarusun “ATLANT” və Rusiyanın “POZİS” məişət avadanlıqları zavodunun, Belarusun “Minsk Elektrotexnika zavodu”, Ukraynanın “Zaporojye Güc Transformatorları zavodu”nun Azərbaycanda rəsmi distribütorudur.
Equipment Rental Services
"ERS" şirkəti qaldırıcı avadanlıq bazarında 2005-ci ildən işləyir və yükvurma-yükboşaltma texnikalarının anbar komplekslərinə, limanlara, tikinti şirkətlərinə və əməliyyat bazalarına kompleks təchizatını həyata keçirir.
Tamamlanmış layihələr: « Equipment Rental Services » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Eskulap Aptek
"Eskulap" apteki yüksək səviyyəli xidməti ilə Bakı şəhəri sakinlərinin və qonaqlarının qulluğundadır. Şəhərin mərkəzi küçəsi olan Nizami küçəsində yerləşən "Eskulap" aptekinin xidmətlərindən bir çoxları istifadə etmişdir. Bu aptekə daxil olanda ilk əvvəl özünəməxsus dizayn insanın diqqətini cəlb edir. Burada hər bir dekor, şəkillər, lövhələr, hətta mebellər özünəməxsusluğu ilə fərqlənir. Səliqə-səhmanla yanaşı, "Eskulap" aptekində yüksək nizam-intizamın da hökm sürməsi diqqətdən yayınmır.
« 1 ... 12 13 14 15 16 17 18 19 ... 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024