• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 ... 7 8 9 10 11 12 13 14 ... 36 »
Azsigorta
“AZSIĞORTA” ASC 2006 ildən Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərir. Şirkətin daxili siyasəti bizə sığorta bazarında yüksək mövqe tutmağa və sığortalıların sayını ilbəil artırmağa imkan yaradır, bunu Maliyyə Nazirliyinin tətbiq etdiyi sığorta şirkətləri arasındakı illik reytinqi aydın göstərir.
AzStarNet

"AzStarNet" şirkəti bu gün qabaqcıl şəbəkə operatorlarından və İnternet provayderlərindən biridir. İnformasiya texnologiyaları bazarında 10.10.2002-ci ildən fəaliyyət göstərir. Özünün yüksəksürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək, kompaniya "sonuncu mil" problemlərini həll edir və həll etməkdə davam edir. Kompaniya İnternetə genişzolaqlı yüksəksürətli qoşulmanı təqdim edir.

Tamamlanmış layihələr: « AzStarNet » şirkəti üçün mühasibat uçotunun biling sistemi ilə inteqrasiyası
Azərbaycan Bank Tədrİs Mərkəzİ
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Azərbaycan Banklar Assosiasiyasının mənfəət əldə etmək məqsədi olmayan törəmə müəssisəsi kimi, 2000-ci ilin fevral ayında Avropa Birliyinin TACİS proqramının texniki yardımı ilə yaradılmışdır. ABTC-nin vizionu onu Azərbaycanın maliyyə xidmətləri sektoruna bütün növ, qeyrimaliyyə xidmətləri sektoruna isə yalnız idarəetmə sahəsində geniş çeşid təlim və məsləhət xidmətləri göstərən, maliyyə sektoru üçün peşəkar mütəxəssislər hazırlayan, habelə yerli və beynəlxalq sertifikasiya proqramları tətbiq edən aparıcı biznes xidmətləri institutu etməkdir. ABTC-nin missiyası onun maliyyə xidmətləri və biznesin idarə edilməsi üzrə müasir bilik və texnologiyaları Azərbaycana gətirib, yerli şəraitə uyğunlaşdırmaqla, onlara əlavə dəyər verən, praktikyönümlü edən və beynəlxalq standartlara uyğun formada biznes tərəfdaşlarına çatdıran peşəkar təlim və məsləhət xidmətləri institutu kimi fəaliyyətini qurmaqdır. ABTC bu gün bank işi və biznesin idarə edilməsi üzrə Azərbaycanın ən böyük təlim və məsləhət xidməti təşkilatıdır.
Bakı Mexanika və Elektronika (BME)
BME şirkəti 2002-ci ildə Azərbaycan-da qurulmuşdur. Artıq 10 ildən artıqdır ki, şirkətimiz ölkəmizin inşaat bazarında özünə mühüm yer tutmuş, faydalı və effektiv həllər ilə yatırımcıların, memarların, podratçıların və sifarişçilərin yanında olmuşdur. Bütün partnyorlarımıza etibarları üçün təşəkkür edir, işbirliyimizin daimi və faydalı olmasını arzulayırıq.
Tamamlanmış layihələr: « BME - Hilti » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması, « BME - Schindler » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
Baki-Praqa

"Bakı-Praqa" MMC 2009-cu ilin mart ayında yaradılıb. Pivə minizavodu seqmentində Avropanın ən öndə gedən şirkətlərindən biri olan Destila şirkəti ilə razılaşmaya uyğun olaraq 2010-cu ilin iyunundan etibarən çex texnologiyası və reseptləri əsasında "Starapraga" əmtəə nişanı ilə müxtəlif çeşiddə pivə istehsal edir. Qısa vaxt ərzində bir çox pivə həvəskarlarının diqqətini çəkərək şirkətin uğur qazanmasının təməlini yaradıb.

Bakond
"BAKOND" şirkəti 1987-ci ildə “ BAKKONDİSİONER ” Elmi-İstehsal Birliyi zavodlarında istehsal edilən kondisionerlərin və məişət texnikasının satışı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşan Texno-Ticarət Mərkəzi kimi yaradılmışdır. Öz fəaliyyət sahəsini durmadan genişləndirən "BAKOND " şirkəti bu gün aparıcı dünya istehsalçılarının məişət, elektron texnikası və istehsal avadanlıqlarının idxalı, satışı, quraşdırılması və texniki xidməti ilə məşğul olur və bu sahədə ölkəmizin aparıcı şirkətlərindən biridir.
Tamamlanmış layihələr: « Bakond » şirkətində SMS-lərin göndərilməsinin avtomatlaşdırılması
BAKSAR
BAKSAR” MMC kənd təsrrüfatı ehtiyyat hissələri mağazası 1993-cı ildə MTZ (80, 82, 89, 1221), YuMZ, VAZ, KAMAZ, Maz, Kraz, K-700/701, T-130/170, T-16/25/40, CK-5. Avtomobilləri üçün orijinal ehtiyyat satışı ilə başlamışdır. Rusiya Federasiyasi, Ukrayna, Qazaxistan Və Belorusiyanin nəhəng zavodları ilə sıx əməkdaşlıq edirik və məhsullarını ölkəmizə idxal edirik. Qısa bir zamanda “BAKSAR” MMC müştərilərin rəğbətini qazanır və genişlənməyi qərara alaraq istehsalçı zavodların rəsmi nümayəndəliyi və dillerliyini almışdır. Hazırda BAKSAR ölkəmizdə kənd təsrrüfatı ehtiyyat hissələri topdansatışında aparıcı rol oynayır. Orijinal ehtiyyat hissələriylə yanaşı, həm kənd təsrrüfatı texnikaları, həm yüngül mühərrikli avtomobillər üçün təkər idxalı və satışına da başlayan BAKSAR, hər ay alıcılarının sayını artırmaqdadır. Əməkdaşlıq etdiyimiz şirkətlər keyfiyyətli və zəmanətli məhsulları ilə bütün dünya istehlakçılarının etibarını qazanmışlar. “BAKSAR” MMC məhsulları birbaşa olaraq istehsalçılardan idxal etdiyi üçün keyfiyyətli məhsulu müştərilərə daha sərfəli qiymətlərlə təklif edir.
Tamamlanmış layihələr: « BAKSAR » şirkətində mobil anbar uçotunun avtomatlaşdırılması
Baku Clinic
Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Elə buna görə də sağlamlığımıza fikir verməliyik. Ən azı ildə bir dəfə ümumi müayinədən keçməyimiz vacibdir. Bu mənada, Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Baku Clinic klinikası hər zaman sizə yüksək səviyyəli xidmət göstərməyə hazırdır. Azərbaycanın tibb aləminə yenilik gətirən və 1999-cu ilin may ayından ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur.
Tamamlanmış layihələr: « Baku Clinic » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Balacans
“BALACANS” MMC şirkəti Azərbaycan Respublikası, Balakən şəhərində yerləşir. İstehsalat şirkətimiz, təbiətin tam qəlbində, Azərbaycanın ən meşəli və dağlı yerində məskunlaşmışdır, bu da özünəməxsus coğrafi şəraitin və relyefin xüsusiyyətləri sayəsində şimal məhsullarından başlayaraq müxtəliv növ subtropik və sitrus meyvə və tərəfəzlər yetişdirmək imkanı yaradır. Ekoloji cəhətdən təmiz ətraf mühit bizim zavodumuzda emal olunan xam malın və bundan istehsal olunan məhsulun əla keyfiyyətdə olmasını təmin edir. Şirkətimizin istehsalat bazası 1969-cu ildə yaranmışdır və bu günə qədər “BALACANS”- dinamik şəkildə inkişaf edən perspektivli, potensialı yüksək olan istehsalat kompleksi təşkil edir.
Barkers
Məşhur Britaniya brendi «Barkers» İnteryer dizaynı üzrə tanınmış London şirkəti tərəfindən tərtib olunmuş yeni Mağaza Bakının vibrasiyasını, ruh və enerjisini əks etdirir. Top lyuks satış nöqtəsi, eksklüziv və maraqlı dəb, gözəllik və qonaqpərvərlik evi.
« 1 ... 7 8 9 10 11 12 13 14 ... 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024