• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 2 3 4 5 6 7 8 9 ... 36 »
Aqrar Tədarük və Təchizat
“Aqrar Tədarük və Təchizat” ASC (ATT) dövlət vəsaitinin səmərəli və qənaətlə istifadə edilməsi, keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida təminatı, yerli məhsul istehsalçılarının dəstəklənməsi kimi prinsipləri öz fəaliyyətində əsas götürür. Çevik və şəffaf idarəetmənin yaradılması məqsədilə şirkətin əsas işi yerli fermerlər və qida istehsalçıları ilə görüşüb yaxından tanış olmaq, növbəti 2 il ərzində respublika ərazisində regional idarələr, dayaq məntəqələri, anbar,loqistika daxil olmaqla şirkətin infrastrukturunu yaxşılaşdırmaqdır.
Tamamlanmış layihələr: « Agro Procurement and Supply » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
Aira
Azərbaycan İnsan Resursları Assosiasiyası” (AİRA) İctimai Birliyi iqtisadiyyat və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məqsədi ilə İnsan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 28.09.2018-ci il tarixli 1118-Q64-3669 nömrəli qərarı ilə təsis edilmişdir.
Albatros
Albatros kişi geyimi mağazaları 25-dən artıq tanınmış Avropa brendini Bakıda təqdim edir. 1991-ci ildə ilk mağazası ilə fəaliyyətə başlayan Albatros bu gün Bakının müxtəlif hissələrində yerləşən 4 mağazadan ibarət vahid şəbəkə kimi xidmət göstərir. Müasir və aktiv həyata uyğun, yüksək keyfiyyətli geyim və aksessuarları ilə Albatros müştərilərinə öz individuallıqlarını ifadə etməyə və statuslarını vurğulamağa imkan yaradır.
Ali & Nino

«Əli və Nino» təməli 2005-ci ildə qoyulmuş aktiv inkişaf edən kitab satışı şəbəkəsidir. «Əli və Nino» mağazalarında kitabsevərlərin nəzərinə 40 mindən çox sayda klassik, müasir Azərbaycan, türk, xarici və rus ədəbiyyatının inciləri, həmçinin uşaq ədəbiyyatı, dərslik və peşə-ixtisas nəşrləri, nəfis rəssamlıq albomları və bir sıra xarici dillərdə müxtəlif kitablar təqdim olunur.

Alkan LTD
Elmi-Texnologiya Cəmiyyəti (STS) "Alkan Ltd" 1994-cü ildə yaradılan müstəqil Azərbaycan şirkətidir. Şirkətimizin əməkdaşları böyük alimlər qrupudur, sənayenin geniş təşkilatçıları və istehsalçıları təşkil edir. Şirkətimizin fəaliyyəti üç istiqaməti əhatə edir: elmi-tədqiqat işləri və yeni texnologiyaların yaradılması, sənayelə tətbiqi və kimya məhsullarının istehsalı, habelə marketinq və məhsulların təchizatı.
Altis Group

Altis Group of Companies MMC 2005-ci ildən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərir. Şirkət 13 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atmışdır. Beləki, şirkət şüşələrin emalı üzrə Azərbaycan bazarında qısa zamanda yetərincə tanınmış şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Qeyd edək ki, tikinti sektoruda Azərbaycan, digər ölkələr kimi sürətlə inkişaf edir və müasir standartlara cavab verən məhsullardan istifadəyə zərurət yaranır. Əvvələr tikintidə istifadə olunan materialların müasir standartlara cavab verməsi üçün tikililərdə istifadə olunan köhnə taxta, dəmir qapı və pəncərələrin əvəzinə yeni texnologiya ilə hazırlanmış çürüməyən, rənglənməyən, istini və soyuğu içəri keçirməyən, praktik və ucuz plastik qapı və pəncərə sistemlərinin istehsalına təlabat artır. Plastik qapı və pəncərə sistemlərinin üstünlükləri otaq temperaturunun tənzimləməsi, tozlu havanın otağa keçməsinin, və uzun ömürlü olmasıdır. Buna görə şirkətimiz Azərbaycanda plastik qapı və pəncərə sisteminin yığılmasında ən son texnologiyalardan istifadə edərək müştərilərimizə uzun ömürlü və keyfiyyətli məhsullar təqdim edir. Fəxr hissi ilə qeyd etmək istərdik ki, Altis Group of Companies Bakı şəhərində böyük və bağlı ərazidə, müasir standartlara uyğun, tamamilə avtomatlaşdırılmış texnologiyaya malik, istehsal gücünü hər ay daha da artıran bir şirkətə çevilib. İstehsalın çox qismi Azərbaycanın daxili bazarının tələbatını ödəyir. Yerdə qalan qismi isə xarici bazarlara çıxardılır. Altis Group of Companies beynəlxalq keyfiyyət anlayışı ilə zavodunu inşa etdirmişdir və istehsal zamanı ətraf müitdəki canlı aləmə heç bir əks təsir göstərməz.

 

Altus Engineering Group

“Altus Engineering Group” MEP (mexanika, elektrika və su təchizatı) mühəndis şirkətinin bir neçə il bundan əvvəl təsis olunmasına baxmayaraq, bu şirkətin mütəxəssisləri çoxillik təcrübəyə və geniş biliklərə malikdir, binaların, mülki və sənaye obyektlərinin bütün daxili mühəndis kommunikasiyalarının kompleks şəkildə yerin yetirilməsi sahəsində ixtisaslaşmışdırlar.

Tamamlanmış layihələr: « Altus Engineering Group » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Ambassade de la Beauté
Fransız kosmetika xətti "Recherche Biologique" 1970-ci ildə biologiya elmləri doktoru İvan Alluş və tibb, kimya, biokimya və kosmetika sənayesinin mütəxəssisləri ilə birlikdə yaradılıb. Peşəkar komandanın birgə işi və preparatların yaradılmasında çoxtərəfli yanaşma "Biologique Recherchе" digər peşəkar kosmetika markaları arasında ayırmağa imkan verdi. Şirkətin məhsulları plastik cərrahiyyə və inyeksiya metodikalarına alternativ kimi yaradılıb və tibbi standartlara uyğundur
Amoris
AMORİS MMC 2009 – cu ildə yaradılmışdır.Şirkət kənd təsərrüfatının bir qollu olan bağçılıq və meyvəçiliklə məşğuldur. Amoris MMC-nin Qusar, Xaçmaz, Ağsu, Şamaxı, Lənkəran Cəlilabad və həmçinin Zirə qəsəbəsində proyektləri vardır.
ANT İnşaat
ANT İnşaat Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir. Mövcud olduğu dövr ərzində uğurla fəaliyyət göstərmişdir. Göstərdiyimiz xidmətlərin keyfiyyəti, etibarlı tikinti şirkəti adı bazarda liderlər sırasına yüksəlməyə imkan vermişdir.
« 1 2 3 4 5 6 7 8 9 ... 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024