• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » TAC - Aquavita

TAC - Aquavita

Əsası 1997-ci ildə qoyulmuş “TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir. Bizim şirkət əsasən iki əsas brend ilə tanınır: qablaşdırılmış bulaq suyu “Aquavita” və spirtsiz içkilər olan “Gülüstan”.

Təbii su “Aquavita” faydalı keyfiyyətlərini Qafqaz dağlarının qəlbindən götürür. Onun vətəni – Qafqaz, evi – dağların ətəyidir. Məhz burada, o, mineral duzlarla zənginləşir.

Nadir tərkibə malik olan “Aquavita” ideal balansa malik mineral duzlar və mikroelementlərlə zənqin olmaqla bizim orqanizm üçün zəruri olan maddələrin qəbulunu təmin edir və hər zaman onu tonusda saxlayır. Qüsursuz təmizliyə, mineral maddələr nisbətinin xüsusi balansına və yumşaq dada malik “Aquavita”nın, istehlakçının əlinə düşən zaman təbiiliyini qoruyub saxlaması, onu nəyinki yerli, hətta dünya bazarında başqa brendlərdən fərqləndirir.

Harada olmağımızdan asılı olmayaraq, “Aquavita” suyunun hər damlasını daddıqca, biz Qafqaz dağlarının zirvələrinə səyahət etmiş oluruq. Suyun dadı, o, füsünkar təbiəti görmüş insanları xatirələrlə yaşadır. O yerlərdə olmayanlar üçün isə, bu damla - bir dəvətnamədir.

“Aquavita” iş, istirahət və idman vaxtı əvəzsizdir. “Aquavita”nın təkrarsız təmi istənilən nahar və şam süfrəsini tamamlamaqla ona mükəmməllik gətirir.

Bizim şirkətin növbəti, heç də az tanınmayan brendi “Gülüstan”dır. Spirtsiz içki “Gülüstan” – bizim uşaqlıgımızın dadıdır. Bu sərinləşdirici şirin içki hamıya sevimli ləzzəti bəxş etməklə susuzluq yanğımızı da çox gözəl yatırır.

“Gülüstan” Azərbaycanda kifayət qədər tanınmış içkilərdən olmaqla istənilən yaş qrupu üçün məsləhətlidir. “Gülüstan”nın istehsal olunan “Duşes”, “Tərxun”, “Feyxoa”, “Şəftalı”, “Albalı”, “Portağal”, “limon”, “Alma” və “Kola” çeşidli içkiləri olduqca məşhurdur.

“Gülüstan” spirtsiz içkilər bazarında geniş yayılmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə istehsal olunan 0,5 – 2,0 l plastik qablarda alıcılara təqdim olunur.

Nə üçün böyüklər və uşaqlar bizim məhsullara üstünlük verir? Ona görə ki, bizim içkilər yüksək keyfiyyətli təbii artezian suyundan hazırlanır ki, onun da mənbəyi Qafqaz dağlarının dik təpələrlə əhatələnmiş, yaşıllıqlara qərq olan ətəyindədir. Bu su Qafqaz dağlarının unikal ekoloji sistemi sayəsində uzun zaman ərzində yer süxurları tərəfindən təbii yolla filtrasiya olunur. Ona görə “Aquavita” bu qədər keyfiyyətli və əla dada sahibdir. O, sağlam həyata töhfə verən, həqiqi qida dəyərinə malik məhsuldur.

Yerin təkindən əldə olunan kristal şəffaflığa, gözəl dada və ideal təmizliyə malik bu su, yerli və xarici texniki və texnolojı standartların tələblərinə cavab verən, spirtsiz içkilərin qablaşdırılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış xətlərdə qablara doldurulur. Məhsulun keyfiyyəti dəfələrlə beynalxalq sertifikatlarla dəyərləndirilib. Və yüksək ixtisaslı işçi heyəti tərəfindən bu keyfiyyətə müəssisədə tam nəzarət edilir.

  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024