• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » Qala Həyat

Qala Həyat

Tamamlanmış layihələr: « Qala Həyat » şirkəti üçün maliyyə uçotunun "AİS" sığorta sistemi ilə inteqrasiyası

“Qala Həyat” Sığorta Şirkəti Azərbaycan əhalisinə həyat sığortası üzrə xidmətlərini təklif etmək məqsədilə fəaliyyətə başlayıb. Şirkətin yaradılması “Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun imzalanması ərəfəsinə təsadüf edib.

Həyat sığortası şəxsin ölümü halında və ya onun həyatını təhlükə altında qoyan xəstəlik və bədbəxt hadisə nəticəsində əmək qabiliyətini itirərkən sığortaçının sığorta olunana və ya onun hüquqi varisinə müəyyən olunmuş pul məbləğinin ödənilməsini nəzərdə tutan sığortadır.

“Qala Həyat” Sığorta Şirkəti 5 005 000 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir və əsas səhmdarı aktivlərinə görə ölkədə ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

İri nizamnamə kapitalı ilə sığorta bazarına qədəm qoymuş “Qala Həyat” Sığorta şirkətinin əsas qayəsi Azərbayacan xalqına etibarlı həyat sığorta məhsulları ilə xidmət göstərməkdir. Dünyanın inkişaf etmiş dövlətlərinin hamısında həyat sığorta əhalinin işləyən təbəqəsinin ən vacib sosial haqlarından biri sayılır. Regionda söz sahibi olan və iqtisadi göstəricilərinə görə keçmiş sovet məkanında sürətli templərlə inkişaf edən, iri regional layihələrə imza atan Azərbaycan dövləti də əhalinin əsas sosial haqlarının qorunmasına böyük diqqət ayırır. Bu məqsədlə də Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” yeni qanun imzalandı. “Qala Həyat” Sığorta Şirkətinin əsas fəaliyyət istiqaməti həyat sığorta paketlərini təqdim etməklə xalqımıza güvənli və etibarlı xidmət göstərməkdir.

Hazırda şirkətimiz həyat sığortası üzrə xidmətlər göstərir. Şirkətimizin prioritet xidmətləri könüllü və icbari sığorta növləri üzrə sığorta məhsullarını təklif edir.

Təsis edildiyi gündən öz fəaliyyətini yüksək xidmət keyfiyyətini təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində təcrübəyə malik peşəkarlardan ibarət komandaya sahibdir. Şirkət fəaliyyətini müştərilərə fərdi yanaşma və onların maraqlarını tam nəzərə alan prinsiplər əsasında qurur. Məhsullarımızı və xidmətlərimizi xalqın bütün təbəqələrinə yaymaq və onların güvənc yeri olmaq istəyirik.

  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024