• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 ... 33 34 35 36 »
Caspian Event Organisers

“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.

“ADEX” Beynəlxalq Müdafiə Sərgisi, "Rebuild Karabakh" Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi, "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı, “EduExpo” Azərbaycan Beynəlxalq Təhsil Sərgisi, "BakuBuild" Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Interfood Azerbaijan” Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və digər bu kimi təşkil olunan tədbirlərin miqyası və əhəmiyyəti “СЕО” şirkəti tərəfindən təqdim olunan xidmətlərin yüksək peşəkarlığını bir daha sübut edir.

PRODATA
Biz PRODATA, Azərbaycanda, Bakıda və İsrailin Tel-Əviv şəhərində yerləşən dinamik və innovativ düşünən şirkətik. PRODATA təşkilatlara qabaqcıl məlumat həlləri və innovasiyalar təqdim edir. 10-dan çox yüksək ixtisaslı məlumat analitikləri və tərtibatçılarından ibarət xüsusi komandamız bizneslərin məlumatların gücündən istifadə üsulunu dəyişdirməkdə ön sıralardadır. Mükəmməllik ehtirası və müştərilərimizin uğurlarına sarsılmaz sadiqliklə, məlumatla əlaqəli geniş xidmətlər üzrə ixtisaslaşmışıq. Bizim məlumat analitiklərimiz böyük və mürəkkəb verilənlər toplularından mühüm anlayışlar çıxarmaq üçün qabaqcıl alətlərdən və yanaşmalardan istifadə edərək daim dəyişən məlumat mənzərəsi haqqında hərtərəfli məlumatlı olurlar. Onların təcrübəsi müştərilərimiz üçün inqilabi strategiyalara və rəqabət üstünlüklərinə səbəb olan nümunələri, tendensiyaları və kəşf edilməmiş imkanları müəyyən etməkdədir. Bununla yanaşı, bizim bacarıqlı mütəxəssislərimiz müasir müəssisələrin xüsusi tələblərinə uyğun olaraq İT infrastruktur həllərinin fərdiləşdirilməsində ön sıralardadırlar. Onlar effektiv məlumat əməliyyatlarının təməli kimi xidmət edən güclü və genişlənə bilən sistemlər yaratmaq üçün texniki təcrübəni biznes proseslərinin hərtərəfli qavrayışı ilə birləşdirir. Şirkətlərimizin verilənlərin idarə edilməsinə ardıcıl sadiqliyi təşkilatların öz məlumat aktivlərini inamla idarə edə, qoruya və maksimum dərəcədə artıra bilməsinə zəmanət verir. Biz tənzimləyicilərə uyğunluq, məlumat təhlükəsizliyi və keyfiyyət təminatına ciddi diqqət yetirməklə məlumatlı qərarların qəbulu üçün möhkəm platforma yaradırıq. Biz əvəzolunmaz anlayışları, proqnozlaşdırıcı modelləri və icra edilə bilən tövsiyələri üzə çıxarmaq üçün məlumatların dərinliklərində naviqasiya etdiyimiz zaman ən parlaq yerimiz məlumat elmidir. Maşın öyrənməsindən, süni intellektdən və qabaqcıl statistik üsullardan istifadə edərək, biz müəssisələri yeni performans və uzaqgörənlik zirvələrinə yüksəldirik.
ƏLİ və NİNO YAYIM

"Əli və Nino" Kitab Mağazaları Şəbəkəsi, Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərən ən böyük  kitab və oyuncaqlar şəbəkəsidir. Bakı, "Əli və Nino"nun satış mağazaları Bakının bütün böyük ticarət mərkəzlərində və ən önəmli bütün ünvanlarında toplam 11 mağaza ilə öz müştərilərinin xidmətindədir. 

"Əli və Nino" Kitab Mağazaları Şəbəkəsi öz alıcılarına 40 mindən çox adda Azərbaycan, türk, rus, ingilis, alman və fransız dillərində klassik və müasir kitabla, uşaq kitabları, dərsliklər və elmi nəşrlər, bədii kitablar təklif edir.

Mağazalarımızda həmçinin, incəsənət və dizaynla bağlı çox sayda kitab, səyahət bələdçiləri, dəftərxana ləvazimatları, pazllar, oyunlar, əlfəcinlər, oyuncaqlar və digər məhsullar var. 

"Əli və Nino" Mağazalar Şəbəkəsi alıcılarına 50-dən çox Azərbaycan, türk, rus və xarici nəşriyyatların məhsullarını təqdim edir.

"Əli və Nino" Azərbaycanda Lego, Ravensburger, Clementoni, ArtPuzzle, Educa Puzzle, Taktik Games və Fujifilm Instax Kameralarınının distribüteridir.

Şəbəkənin rəsmi saytı Alinino.az  Bakıya, Azərbaycan bölgələrinə və bütün dünyaya gündəlik yüzlərlə sifariş göndərən və daim inkişaf edən bir onlayn mağazadır.

Marco Computer Technology
Marco Computer Technology aparıcı sistem inteqratorlarından biridir, yüksək keyfiyyətli yüksək texnologiyalı kompüter avadanlığı və proqram təminatı istehsalçısıdır. Fəaliyyətinə VT-yə xidmət göstərməklə başlayan şirkət dinamik inkişaf edərək bu gün İT bazarında lider mövqe tutur. 
FOURSEA LOGISTIC MMC

FOURSEA LOGISTIC MMC Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan Respublikasında, Bakıda yaradılıb. Müştərilərimiz üçün tam logistika xidmətləri təqdim edirik.Təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilən orijinal və praktik həllərin hazırlanmasında misilsiz yanaşmamız və təcrübəmizlə fəxr edirik. Biz bütün iş zəncirini (istehsal prosesi, pərakəndə satış, son istifadəçilərə və istehlakçılara çatdırma) həyata keçiririk. Logistika xidmətlərimizə müxtəlif tələblərə cavab verən bütün nəqliyyat növləri daxildir. Yükdən və bölgədən asılı olmayaraq fərdi tələbləri nəzərə alırıq. FourSea Logistic dünyanın ən sürətlə böyüyən bazarlarında həm beynəlxalq, həm də yerli müştərilərə xidmət etmək üçün müstəsna imkanlara malikdir. Beynəlxalq və yerli komandalarımız dünyanın əsas yerlərində sizə bir çox logistika xidmeti imkanları təklif etmək üçün birlikdə çalışırlar. Logistika xidmeti seçimlərinizə diqqət yetirmək birbaşa vəzifəmizdir. Müştərilərimiz və tərəfdaşlarımız məmnun olduqda, biz də məmnun oluruq.

 
Mednova MMC
Mednova MMC şirkəti yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əlində rəhbər tutaraq, fəaliyyət göstərdiyi illər ərzində Respublikamızda və öklədən kənarda çoxlu sayda layihələr həyata keçirmişdir.. Yeni şirkət olmasına baxmayaraq 10 illik təcrübəyə malik tibb təhsilli şəxslər tərəfindən qurulmuşdur. Əsas fəaliyyət istiqamətimiz tibbi avadanlıqlar və xüsusi tibbi sərf məlzəmələrinin satışından ibarətdir.
Mətanət A
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır. 2012-ci il avqustun 8-də isə İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür. Eyni zamanda Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukranya Keyfiyyət Assosasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli keyfiyyət mükafatları ("Century İnternational Quality Era Award", "Award Global Quality Management", "Gold Star İnternational Award for Quality", "New Millennium Award", "İntellekt" mükafatı, "İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti", “İlin brendi - AĞDAĞ" və s. mükafatlar) ilə də təltif olunmuşdur.
G Group (Evalar)

İnternetdən alış-veriş etmək çox tez, qənaətli, olduqca əlverişlidir. Biz, "G GROUP" şirkətlər qrupu olaraq, sizləri düşünüb evdən və ya ofisdən çıxmadan, mağazaları dolaşmaqdan yorulmadan, çox qısa zaman içində ehtiyacınız olan məhsulu asanlıqla sifariş verə bilməniz üçün online internet-mağaza yaratdıq. Ənənəvi keyfiyyət standartlarını hər zaman qoruduq. Dünyanın ən məşhur şirkətlərinin istehsal etdiyi qabaqcıl texnologiyaları sizlərə təqdim etməkdən qürur duyuruq.

 

MUGHAN DUYU
100 % təbii "Astara Düyü" markasının istehsalçısı olan "MUGHAN DUYU" MMC 2017-ci ildə təsis edilib. Düyü istehsalı üçün xammal Azərbaycanın cənub bölgəsi olan Astara, Biləsuvar və Lənkəran rayonlarında yerləşən əkin sahələrindən təmin edilir. Əkin sahəsi 400 hektar təşkil edir. Düyünün ən yeni avadanlıqlarla emal edilməsinə və qablaşdırılmasına 2018-ci ildən başlanılıb. Zavod gündə 7 ton düyü emal etmək imkanına malikdir.
Nafta Baku
Nafta Baku şirkəti 2004-cü ildə yaradılıb və hazırda Azərbaycan Respublikasında starter akkumulyatorları, avtomobil və sənaye yağları, xüsusi mayelər, bütün növ avtomobil kimyəvi maddələri, filtrlər və avtomobil kosmetikası üzrə ən böyük təchizatçılardan biridir.
« 1 ... 33 34 35 36 »
  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024