• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » A+A Security

A+A Security

Tamamlanmış layihələr: « A+A Security » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması

A+A Security MMC şirkəti inşaat və xidmətlər sektorunda mühüm mövqe tutmuş geniş profilli A+A Group of Companies holdinqinin törəmə şirkətidir. Şirkət öz fəaliyyətinə 2001-ci ildə başlamışdır və bu gün elektron təhlükəsizlik, kilidləmə, GPS Monitoring, nəqlsiz telemetriya və elektron idarə etmə sistemləri sahəsində böyük təcrübəyə malik inteqratorudur.

Şirkətin təqdim etdiyi GPS Monitoring xidmətində dünyada keyfiyyəti ilə seçilən İsrailin Pointer Telocation şirkəti tərəfindən istehsal edilən real vaxt rejimdə çalışan radinaviqasiya cihazlarında istifadə edir. Bu fəaliyyət istiqamətində ölkəmizin iqtisadiyyatında xüsusi çəkiyə malik olan banklar, tikinti şirkətləri, ölkədaxili və beynəlxalq yük daşımaları ilə məşğul olan şirkətlər, ictimai nəqliyyatla məşğul olan şirkətlər, distrubitor şirkətləri, nəqliyyat vasitələrini lizing və icarəyə verən şirkətlər bizimlə əməkdaşlıq edirlər.

Elektron Təhlükəsizlik Sistemləri müasir dövrün mühüm tələblərindəndir. Avropa və Cənubi Koreya istehsalı olan Perimetrin mühafizəsi, video-müşahidə sistemləri və siqnalizasiya sistemləri A+A Security LLC şirkətinin fəaliyyət spektrinə daxildir. A+A Security LLC şirkəti yüksək dolğunluqlu İP kameraların dünyada məşhur istehsalçısı olan Almaniyanın Mobotix şirktənin Azərbaycanda nümayəndəsidir.

A+A Security LLC şirkəti Otel və Biznes Mərkəzləri üçün elektron kilidlər, minibar və seyflərin eləcə də enerjiyə qənaət sistemlərinin təchizatı ilə də məşğuldur. Şirkətimiz Norveçin VingCard şirkətinin rəsmi nümayəndəsi kimi ölkəmizdə bir çox otellərin kilid və qənaətli enerji sisteminin təchizində, otellərin etibarlılığı üçün seyflər və qonaqların istirahəti üçün minibarların təchizində iştirak etməkdədir.

Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik. Missiyamız müştərilərimə ən keyfiyyətli və qənaətli xidmət göstərməkdən ibarətdir.

Bizim sahib olduğumuz ən böyük dəyər – bizim əməkdaşlarımız və öz işinə vurğun peşəkarlardan ibarət kollektivimizdir.

  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024