• ru
  • az
  • en
Menu Search
Haqqımızda ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Data Mobile
  • Mobi-S
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
AxtarIş
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər » 6-cı Mərtəbə

6-cı Mərtəbə

Tamamlanmış layihələr: « 6-сı Mərtəbə » şirkətində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
«6-cı Mərtəbə» şirkəti yarandığı vaxtdan etibarən Azərbaycan sənayesinin tikinti sektorunda fəaliyyət göstərən müstəqil və fərdi şirkətdir. Şirkət 1994-cü ildə Bakı şəhərində yaradılmışdır. Geniş profilli şirkət olaraq «6-cı Mərtəbə» şirkəti müxtəlif təyinatlı və mürəkkəblik dərəcəsi yüksək olan obyektlərin layihələndirilməsi, tikintisi və təchizatı üzrə ixtisaslaşmışdır.

Hal-hazırda da göstərilən istiqamətdə işini davam etdirir:

  • Sənaye və mülki tikinti obyektlərinin tikintisinin idarə olunması;
  • Memarlıq və tikinti layihələndirilməsi;
  • İnteryer və eksteryerlərin dizaynı və layihələndirilməsi;
  • Tikinti;
  • Bərpa;
  • Rekonstruksiya;
  • Təmir;
  • Mühəndis və texnoloji sistemlərin layihələndirilməsi, təchizatı, quraşdırılması;


Maddi-texniki baza

«6-cı Mərtəbə» şirkəti sifarişlə bağlı bütün iş həcmlərini öz qüvvəsilə yerinə yetirə biləcək kompleks təchiz olunmuş bazaya malik tikinti şirkətidir. Şirkət, obyektlərdə apardığı tikinti işlərini, şirkətin tabeliyində olan digər istehsalat sahələrinin vasitəsi ilə həyata keçirir. Adı çəkilən istehsalat sahəsi daş və dəmir sexləri, habelə mebel fabriki ilə təchiz edilmişdir. Burada sifarişçilərin istəyi və zövqünə uyğun mebel dəstləri, obyektlərin təmiri, bərpası və tikintisi üçün təbii daş və metaldan geniş çeşidli üzlük və memarlıq elementləri hazırlanır. Şirkətin tabeçiliyinə həmçinin xaricdən gətirilən eksklüziv oboy, keramika və santexnika materiallarının satışını təşkil edən salonlarda daxildir. «6-cı Mərtəbə» şirkətinin plastik materiallardan hazırlanan qapı və pəncərə sexi də var. Sözsüz ki, bu işlərin hamisi yüksək ixtisasli, təcrübəli memar və mühəndis kadrlarinin müşayiəti ilə aparilir. Şirkətin nəzdində daha bir mebel fabriki yaradılmışdır ki, bu fabrik də İtaliyadan gətirilmiş sənaye avadanlıqları ilə təchiz edilmişdir. Burada avropa standartlarına cavab verə bilən, müasir dəblə ayaqlaşan istənilən mebel dəstlərinin istehsalı üçün hər cür şərait vardır. Bakı şəhəri yaxınlığındakı Sumqayıt şəhərində şirkətin özünə məxsus beton istehsalı sahəsi də fəaliyyət göstərir ki, onun vasitəsilə şirkət apardığı tikinti işlərini keyfiyyətli beton məhsulları ilə təmin edir. Şirkət, üzərinə götürdüyü tikinti işlərini tam həcmdə yerinə yetirmək üçün kifayət qədər maşın-mexanizm, texnika və istehsal vasitəsi bazasına malikdir.

 

  • Haqqımızda
  • Xəbərlər
  • ŞİRKƏT HAQQINDA
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
  • AxtarIş
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116

Best Soft MMC © 2024
İş cədvəli
09:00 - 18:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2024